Xalq artistinin qalmaqallı məhkəməsi başa çatdı

Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı mülki iddiası əsasında keçirilən məhkəmə prosesi yekunlaşıb.

Olaylar.az verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyi barədə hakimə məlumat verilib.

Qeyd olunub ki, notariusda barışıq əldə olunub. Tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.

Daha sonra məhkəmə müşavirə edərək qərar qəbul edib.

Qərara əsasən, iddiadan imtina edildiyi üçün icraata xitam verilib.

Məhkəmə prosesində Ağadadaş Ağayev iştirak etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31