Daha bir rayonda faciə - bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
13 Yanvar 11:20 HadisəGoranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Olaylar xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.
Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır./APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31