Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı məlumat yaydı
9 Yanvar 18:45 HadisəPlana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək", məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31