Əsma Əsəd Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinir

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinir.

Bu barədə "Sky News Arabia"  xəbər verir.

Telekanalın məlumatına görə, suriyalı müxalif jurnalist Nizar Nayuf bəyan edib ki, o, Əsma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqəsini təsdiqləyən bəzi sənədləri dərc edib.

"Sənədlərdə Britaniya kəşfiyyatının Əsma Əsədlə əlaqələri barədə əlavə təfərrüatlar var, çünki o, Britaniya kəşfiyyatçısı Eliza Boullerin dəstəyi ilə Londonda Amerika bankı "JP Morgan"da işə düzəlib", deyə mesajda qeyd edilir.

Nəşr aydınlaşdırır ki, Suriya hakimiyyəti Əsmanın bu cür təmaslarından xəbərdar ola bilərdi və o zaman respublikanın prezidenti olan Hafiz Əsəd oğlu Bəşərin Əsma ilə toyunun əleyhinə idi./qaynarinfo 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31