İtlərin hücumun etdiyi məktəbli: “Üstümə gəldi, sığallamaq istəyirdim” - VİDEO
10:23 Hadisə5-ci sinifdə oxuyan oğlunu məktəbə yola salan anaya bir müddət sonra zəng gəlir. 11 yaşlı uşağının məktəbə çatmamış itlərin hücumuna məruz qaldığını öyrənir.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.
Uşaq təcili tibbi yardımla Kliniki tibbi mərkəzə çatdırılıb.
Klinik Tibbi Mərkəzdən "Xəzər Xəbər"ə bildirildi ki, kişi cinsindən olan 2 nəfər azyaşlı it dişləməsi səbəbi ilə Mərkəzə hospitalizasiya edilib. Hər iki azyaşlının bədənində lokal xarakterli cırılmış yaralar müəyyən edilib, quduzluq əleyhinə vaksin vurulub. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Yasamal rayon İcra Hakimiyyətindən isə bildirildi ki, məsələ araşdırılacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.