Sumqayıtda yaşayış binasında yanğın - xəsarət alan var
7 Yanvar 2025 11:40 HadisəSumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzilin eyvanında 1 ədəd məişət avadanlığı və 1 ədəd divan qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Olaylar-a bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31