SON DƏQİQƏ!!! Azərbaycanda zəlzələ oldu
7 Yanvar 10:08 HadisəAzərbaycan-İran sərhədində ardıcıl zəlzələlər qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, Azərbaycan-İran sərhədində, İran ərazisində iki zəlzələ baş verib.
Sonuncu zəlzələ yanvarın 7-də saat 03:53-də qeydə alınıb. Yardımlı seysmoloji stansiyasından 16 km şimalda baş verən zəlzələnin maqnitudası 3,6, dərinliyi isə 25 kilometr olub. Təbii fəlakət Yardımlı və Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.
Bundan öncə, yanvarın 6-da saat 23:22-də eyni ərazidə 3,6 maqnitudalı başqa bir zəlzələ qeydə alınmışdı.
Hadisələr ərazidə zəlzələ aktivliyinin artmasına işarə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31