TƏCİLİ XƏBƏR‼️ Saxlanılan idmançı Ramal Aslanov iki vəzifəsini də itirdi
6 Yanvar 15:17 HadisəXəbər verdiyimiz kimi, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançılar DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkib və ona xəsarətlər yetiriblər.
Hadisənin "sifarişçisi" kimi saxlanıldığı deyilən "lord" ləqəbli idmançı Ramal Aslanov bu gün verilən qərarla iki vəzifəsindən azad edilib.
Olaylar bildirir ki, 32gun.az-a daxil olan məlumata görə, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb. Saytımıza daxil olan məlumata görə, təcili daxili iclas keçirən federasiya rəhbəri bu kimi halların idmana ləkə olduğunu və yolverilməz olduğunu bildirib.
Bundan əlavə redaksiyamıza daxil olan məlumata görə idmançı Ramal Aslanov Suraxanı rayonu İcra başçısı Adil Əliyevin müavini olmaq hüququnu da itirib. Məlumata görə, icra başçısı bu cür xuliqanlıq hallarının idman etikasına yaraşmadığını qeyd edib.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan şəxslər Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədovdur.