Məzarlara rəsm çəkənlər bu məktəbin şagirdləri imiş

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılması barədə məlumat yayımlanıb.

Olaylar xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsindən "AzEdu.Az"a bildirilib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmənin qəbirstanlıqda məzarlara qarşı uyğunsuz hərəkətlər etməsi ilə bağlı yayılan görüntülərə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:

"Qeyd edək ki, həmin yeniyetmələr Lənkəran rayonu B.Əliyev adına Xolmili kənd tam orta məktəbinin şagirdləridir. Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblilərin valideynləri ilə maarifləndirici söhbətlər aparılıb, övladlarının davranışlarının yolverilməzliyi diqqətə çatdırılıb.  

Gələcəkdə bu tipli hadisələrin yaşanmaması üçün təhsil müəssisəsi ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində tövsiyələr verilib. 

Bununla yanaşı, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagirdlərlə görüş keçirilib",- deyə qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31