Dəhşətli yanğın: 5 uşaq öldü
5 Yanvar 2025 16:35 HadisəAbxaziyanın Qalsk rayonunun Papınıruxa kəndində evdə yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Abxaziya "fövqəladə hallar nazirliyi" məlumat yayıb.
"Səhər sobanı yandırmaq istəyən yaşlı qadın benzinlə dizeli səhv salıb və alışma baş verib. Ev taxtadan olub və tez bir zamanda alışıb. Həmin vaxt evdə olan 5 uşaq yatıb və onları xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31