Mədəniyyət Nazirliyinə məxsus klubda yanğın - FOTO

 

Şəmkirdə yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, kəndin Mədəniyyət Nazirliyinə məxsus klubunda anindən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın söndürlüb, yaxınlığdakı tikilər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır./APA

:

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31