Cənubi Koreyada qəzaya uğrayan təyyarədə 179 nəfər ölüb
29 Dekabr 2024 09:56 HadisəCənubi Koreya "Jeju Air" aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən "Boeing 737" sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb.
Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur.
Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31