Azərbaycanda toya və yasa gedən avtomobillər toqquşub, üç nəfər ölüb, səkkizi yaralanıb
28 Dekabr 2024 14:01 HadisəBiləsuvar rayonunda baş verən ağır yol qəzasında üç nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı dəqiqləşib.
Olaylar xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, səkkiz nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31