Azərbaycanda saxlanılan futbolçuların adları açıqlandı

Azərbaycanın I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun saxlanılan futbolçularının kimliyi məlum olub.

Saxlanılan futbolçular arasında qapıçı Mövlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevin adı hallanır.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Futbolçular toplantının ardından Mingəçevirdən Bakıya gətiriliblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31