AZAL səbəbini AÇIQLADI: Bu gün də bir təyyarəmiz geri qayıdıb
27 Dekabr 13:07 HadisəXəbər verdiyimiz kimi, Rusiyaya uçan daha bir təyyarəmiz hücuma görə geri qayıtmalı olub.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Olaylar-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
"Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq", - deyə qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31