Azərbaycan Rusiya və Qazaxıstanın təklifini rədd etdi: “Qara qutu”ların oxunması..."

Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını təklif edib.

Olaylar xəbər verir ki, APA-nın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan bu təklifdən imtina edib.

Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər və "Embraer" mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edir.

Azərbaycan hesab edir ki, "Qara qutu"ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31