Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn olunub
27 Dekabr 2024 10:46 HadisəQazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.
Olaylar xəbər verir ki, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.
O, Qroznıda fəhlə işləyib. Q.Sadıqov subay idi.
Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub./"report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31