Qəzada öldüyü deyilən şəxslər sağdır - FOTO

Sosial şəbəkələrdə qəza zamanı öldü deyilən şəxslər sağdır.

Olaylar.az xəbər verir ki, bəzi şəxslər dezinformasiya yayaraq cəmiyyətdə narahatlıq yaratmağa çalışırlar.

Belə ki, sosial şəbəkələrdə Milli Aviasiya Akademiyasının tələbələrinin şəklini paylaşaraq qəza zamanı öldüyü ilə bağlı məlumatlar yayılıb. 

Məsələ ilə bağlı Milli.Az-a akademiyanın 4-cü kurs tələbələri Nuh Kazımlı və Sərdar Rzayev bildiriblər ki, onların  şəklini dünyasını dəyişən şəxslər sırasına əlavə ediblər. 

Qeyd edək ki, şəxslər haqda dezinformasiya əsasında səhv məlumat olaraq yayılıb, amma həmin şəxslər sağdır.

Belə həssas anlarda cəmiyyətin yanlış məlumatlara inanmaması və dezinformasiyalardan qaçınması çağırış edirik. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31