AZAL-ın prezidenti: Ekipajın peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb, cənazələr iki gün ərzində ölkəyə gətiriləcək

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsinin ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.

Olaylar xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu, bizim üçün çox böyük hadisə idi: "Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin".

S.Rzayev sağ qalanların ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib:

"Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarsında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31