Rusiya diplomatları Aktauya təyyarə qəzasından sağ çıxan vətəndaşlarına yardım üçün səfər etdi – ÖZƏL
25 Dekabr 2024 16:16 HadisəRusiya diplomatları Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından sağ çıxan Rusiya vətəndaşlarına yardım göstərmək üçün bölgəyə səfər edib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
"Bizim diplomatlarımız artıq Aktauya ezam olunublar. Onlar hadisə ilə bağlı məlumatları dəqiqləşdirmək və sağ qalan həmvətənlərimizə yardım təşkil etmək üçün oradadırlar," - deyə Zaxarova bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında Aktau yaxınlığında təyyarə qəzası baş verib. Bakı-Qroznı reysini yerinə yetirən təyyarə sərt eniş edib, nəticədə hissələrə ayrılaraq alovlanıb. Təyyarədə 16 Rusiya vətəndaşı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31