AZAL-da digər uçuşlar təxirə salınıb? - AÇIQLAMA
25 Dekabr 2024 13:00 HadisəXəbər verdiyimiz kimi , "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bəs bu hadisə digər təyyarələrin uçuşlarına təsir edibmi?
Olaylar bildirir ki, AZAL-dan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə digər təyyarələrin uçuş cədvəlinə heç bir təsir göstərməyib. Yəni, heç bir gecikmə və ya təxirə salma olmayıb.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31