Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub - Qazaxıstanın Nəqliyyat Nazirliyi

Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

Olaylar xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31