Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Olaylar-a verilən məlumata görə, Beyləqan, Ucar, Ağcabədi, Hacıqabul, Masallı, Salyan və Şamaxı rayonlarında keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin gizli şəkildə satışını təşkil edən 7 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlara məxsus mağazalardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəmələrə göndərilib.

Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31