Nəsimi rayonunda obyektdəki yanğın söndürülüb (FOTO)

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23.12.2024-cü il tarixində saat 18:00 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Yanğın söndürülüb, xəsarət alan yoxdur. Briqada hadisə yerindədir", - məlumatda qeyd olunub.

xxx

19:00

Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

xxx

18:42

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektlərdən birində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

xxx

18:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

18:27

Nəsimi rayonu, "4-cü mikrorayon" dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Nəsimi rayonunda obyektdəki yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31