Tovuzda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 60-a çatdı, vəziyyətləri MƏLUM OLDU
19 Dekabr 2024 14:53 HadisəTovuzda məktəbdə tüstüdən zəhərlənənlərin sayı artıb.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə qurumdan əlavə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31