Göyçayda suvarma kanalı yarıldı - su kəndə axır
12 Dekabr 2024 09:32 HadisəŞirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi yarılıb.
Report xəbər verir ki, hadisə gecə saatlarında Lək kəndi ərazisində baş verib.
Suvarma kanalının torpaq qatı 3-4 metr yarılıb, hazırda su kəndə doğru axır. Əraziya Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.
Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.,
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31