Küçələri su basdı: Sakinlər təxliyə edilir
9 Dekabr 2024 11:20 HadisəAbşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Olaylar-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31