Gürcüstandan gətirilən kartofun içindən görün nə çıxdı
7 Dekabr 13:55 HadisəDövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Olaylar xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Gürcüstan istiqamətindən "Qırmız Körpü" gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan "kartof" yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185729 qutu pirotexniki vasitə və 2485 ədəd fişəng aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31