Qubada ayı sakinlərə hücum etdi: Mal-qaranı parçaladı - FOTO
2 Dekabr 2024 12:47 HadisəQubada ayı kənd sakinlərinə və mal-qaraya hücum edib.
Olaylar.az xəbər verir ki, hadisə rayonun Gömürdəhnə kəndində baş verib. Məlumata görə, ayı bir neçə kənd sakininin mal-qarasını parçalayıb, tövlələri dağıdıb.
Sakinlər bildirib ki, ayı tez-tez kəndə hücum edir, toyuq-cücələri də parçalayır, kənd camaatına ziyan vurur.
Dağlıq ərazidə yerləşən Gömürdəhnə kəndinin sakinləri aidiyyatı qurumlardan kömək gözləyirlər. (Qlobal.net)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31