Vasif Talıbovun oğlunun rəhbəri olduğu qurum niyə bağlandı? - AÇIQLAMA
27 Noyabr 2024 11:39 HadisəGənclər İdman Nazirliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sədrlik etdiyi muxtar respublikanın Şahmat Federasiyasının fəaliyyətini dayandırmasına münasibət bildirib.
Olaylar bildirir ki, bu barədə Oxu.Az-a Gənclər İdman Nazirliyinin (GİN) Mətbuat Xidmətinin rəisi Qabil Mehdiyev açıqlama verib.
"Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub. Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək", - deyə o qeyd edib.