Məşhur brend Azərbaycanda 4,3 mln. avroluq şirkətini BAĞLADI
27 Noyabr 2024 10:21 HadisəMəhşur geyim və moda brendi "Christian Dior Couture" Azərbaycandakı şirkətini ləğv edib.
Olaylar bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, "Christian Dior Couture Azərbaycan" MMC ləğv olunduğunu elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. Şirkətin nizamnamə kapitalı isə 4 milyon 350 min avrodur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31