Azərbaycanda daha bir tiktoker həbs edildi

1994-cü il təvəllüdlü, "Sako" ləqəbli tiktoker Sadiq İsmayılov saxlanılıb.

Olaylar xəbər verir ki, ondan narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Müvafiq qərarla Sadiq İsmayılov 60 sutka inzibati qaydada həbs edilib.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31