Azərbaycanda sevgilisindən hamilə qalan məktəbli qız bunu gizlətmək üçün görün nə etdi - İnanılmaz hadisə

Mingəçevir şəhərində 2006-cı il təvəllüdlü İsmayıl sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan Nuranə (adlar şərti verilib -red.) ilə cinsi əlaqədə olub.

Ağdaş rayon sakini İsmayıl Mingəçevir sakini Nuranə ilə 2022-ci ilin oktyabrında "İnstagram" sosial şəbəkəsində tanış olub.

Nuranə ilə münasibət qurduqdan sonra noyabrın əvvəllərindən dekabrın sonlarınadək bir neçə dəfə onunla könüllü razılığı əsasında cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əsl adı İsmayıl olsa da, tanış-qohum ona "Elmar" deyə müraciət edir: "2022-ci ilin oktyabr ayının sonlarında "İnstagram"da Nuranə ilə tanış oldum. Həmin vaxtdan onunla mütəmadi şəkildə danışıb əlaqə saxlamağa başladım. Ona əsl adımı, soyadımı və atamın adını düzgün demədim. Nuranə ilə yazışmalar apararaq bir-birimizə bağlandıq".

Təqsirləndirilən şəxs qeyd edib ki, Nuranə ilə 2022-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhərində parkda görüşdükdən sonra insanların arasında görüşməyin təhlükəli olmasını və valideynlərini onu görə biləcəklərindən qorxduğunu deyib: "Bundan sonra onunla gizli yerdə, ya da valideynləri olmayanda onun yaşadığı mənzildə görüşmək qərarına gəldik. İlk dəfə 2022-ci ilin noyabr ayının əvvəllərində valideynləri olmayanda Nuranə ilə zəngləşib yaşadığı mənzilə getdim. Mənzildə divanda oturub söhbət edərkən qucaqlaşıb öpüşdükdən sonra qarşılıqlı olaraq cinsi əlaqədə olmağı arzuladıq. Bu səbəbdən yataq otağına keçdik. Nuranə ilə təbii yolla cinsi əlaqədə oldum, onun qızlıq bəkarətini pozdum".

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Nuranə ilə cinsi əlaqədə olanda onun 16 yaşına çatmadığını bilib: "Buna baxmayaraq, onu sevməyim səbəbindən yaşına baxmadım, onunla cinsi əlaqədə oldum".

İsmayılın ifadəsinə görə, 2022-ci ilin noyabr və dekabr aylarında Nuranənin yaşadığı evə gedərək onunla 4-5 dəfə də təbii yola cinsi əlaqədə olub:"Nuranə hamilə qaldığını, bunu anasından bunu gizlətmək üçün hicaba girəcəyini dedi. Həqiqətən də hicab daşımağa başladı. Çox çalışsalar da, Nuranə və özüm azyaşlı olduğumuzdan vəziyyəti valideynlərimizə açıqlaya bilmədik. Bir-birimizi sevdiyimizdən, gələcəkdə evlənmək fikrində olduğumuzdan əlaqəni kəsmədik. Daha sonra anası hamilə olmasından şübhələndiyindən onu xəstəxanaya apardı. Mən də Nuranə ilə aramızda baş verənlər bilindiyi üçün könüllü olaraq Mingəçevir şəhər polis şöbəsinə gedərək törətdiyim əməli boynuna aldım".

Bu cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə İsmayılın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

İsmayıl 8 ay sınaq müddəti olmaqla 1 il müddətinə şərti cəza təyin olunub. / teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31