Azad edilmiş ərazilərdə son bir həftədə zərərsizləşdirilən minaların sayı AÇIQLANIB
4 Noyabr 2024 14:56 Hadisəİşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə oktyabrın 28-dən noyabrın 3-dək məlumat açıqlanıb.
Bu barəd Olaylar-a ANAMA-dan məlumat verilib.
Bildirilir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 164 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 7 421 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edilir ki, 2 207.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31