Hərbi Prokurorluq orqanlarında qeydə alınmış ölüm cinayətləri 50 faiz azaldı
29 Oktyabr 2024 15:50 Hadisə2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə Azərbaycanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 80 faiz azalıb.
Olaylar xəbər verir ki, bunu Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyib.
X.Vəliyev vurğulayıb ki, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31