Vaqondakı yüklərin arasında ölkədən qaçmaq istədilər
28 Oktyabr 2024 13:27 HadisəDövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınıb
DSX-dən Olaylar.az-a verilən məlumata görə, otyabr ayının 26-da saat 04:35-də Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31