Ölkə ərazisində ötən gün avtomat, pulemyot və qumbaralar tapılıb
26 Oktyabr 2024 10:59 HadisəPolis əməkdaşları ötən gün ölkə ərazisində avtomat, pulemyot və qumbaralar aşkarlayıblar.
Bu barədə Olaylar-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, oktyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 2 qumbara, 4 tüfəng, 12 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31