İran üzərindəki hava məkanının bağlanması səbəbilə bir sıra hava gəmisi Bakı Aeroportuna eniş edib

İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Olaylar xəbər verir ki, Bakı hava limanına uğurla eniş edənlər sırasında "Jazeera Airways"aviadaşıyıcısının Moskva (DME) - Küveyt reysi, "Fly Dubai"ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də "Air Arabia" aviaşirkətinin Moskva - Şarja reysi yer alır.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31