Göygöldə tələbələr qəzaya düşdü, ölən və yaralananlar var
25 Oktyabr 2024 10:30 HadisəGöygöldə ölümlə nəticələnən qəza olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Olaylar-a verilən xəbərə görə, "VAZ-21015" markalı avtomobillə "Opel" markalı avtomobil toqquşub.
Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov xəsarət alıblar. 18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, sərnişinlər Gəncə şəhərindəki universitetlərin birində təhsil alan tələbələr olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31