Bakıda 16 yaşlı məktəbli qızın sevgilisinə qoşulub qaçması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.

Olaylar xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

"Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib.

Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31