Bakıda qadın mağazadan 2 minlik paltar OĞURLADI
23 Oktyabr 2024 13:53 HadisəBakıda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Olaylar-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində geyim əşyaları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon oğurluqda şübhəli bilinən 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31