“Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr silinib-Komitə sədri
22 Oktyabr 2024 11:34 Hadisə"23 ildir mövcud olan "Wikipedia"da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. Deputat həmin məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif edib: "Çünki "Wikipedia"nın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni "Wikipedia"çılara bu məsələdə də qalib gələ bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31