Bakının mərkəzində qeyri-adi görüntü - DİN-dən açıqlama
21 Oktyabr 2024 15:30 HadisəBakının mərkəzi küçələrində - Dəniz vağzalının qarşısında və digər ərazilərdə paltarsız halda gəzən şəxsin görüntüləri yayılıb.
Olaylar xəbər verir ki, heç bir geyimdən istifadə etmədən ictimai yerdə dolaşan şəxs insanlarda narahatlıq yaradıb.
DİN-in Mətbuat Xidmətindən saytımıza bildirib ki, görüntülərdəki şəxsin 1990-cı il təvəllüdlü V.Ş olması məlum olub.
Qeyd edilib ki, həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ixtisaslaşdırılmış tibbi müəssisəsinə yerləşdirilməsi təmin olunacaq. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31