Bakıda məşhur mağaza özünü ermənicə təbliğ edir - Video

Bakıda uşaq geyimlərinin satışı ilə məşğul olan məşhur "Donne Baku" mağazası qalmaqala imza atıb.

Olaylar xəbər verir ki, mağazanın "@Donna Kids" profilində satışa çıxarılan uşaq geyimi erməni mahnısı ilə reklam olunub.

Bu barədə sosial şəbəkə istifadəçiləri öz iradlarını bildirsələr də, mağaza tərəfindən heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı saytımıza danışan mağazanın sahibi İnci Sadıqova bildirib ki, narazılıq yaradan reklam bütün platformalardan yığışdırılacaq və musiqi dəyişdiriləcək:

"Biz bunun erməni mahnısı olduğunu sonra bildik. Postu çıxartmağı düşünürük. Bütün paylaşımlardan silməyə çalışacağıq. Bilmədən bu musiqidən istifadə edilib". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31