Bakının mərkəzində yol çökdü - FOTO
15 Oktyabr 2024 10:43 HadisəBakının Səbail rayonu ərazisində yol çöküb.
Olaylar xəbər verir ki, hadisə Səbail rayonu Şeyx Şamil küçəsində "İçərişəhər" metro stansiyasının yaxınlığında baş verib.
Yolun çökdüyü hissəyə xüsusi zolaq çəkilib. Artıq əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və əməkdaşları cəlb olunub, təmir işləri görülür.
Məlumata görə, gün ərzində yolun çökmüş hissəsi tam təmir olunacaq.
Ərazidən fotoları təqdim edirik:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31