Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib
14 Oktyabr 2024 15:43 HadisəHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.
Olaylar xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Qırmızı kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən rentgen qurğusu vasitəsilə ona məxsus baqaj yüklərinə baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən 13 adda 1034 ədəd dərman vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31