Azad edilmiş ərazilərdə daha 205 mina, 625 PHS aşkarlanıb
14 Oktyabr 2024 14:53 Hadisəİşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.10.2024 - 10.10.2024) açıqlanıb.
Olaylar xəbər verir ki, ANAMA məlumat yayıb.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 141 piyada əleyhinə mina, 64 tank əleyhinə mina, 625 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 198,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31