Azərbaycanda 18 tələbə dönərdən zəhərləndi - son vəziyyətləri açıqlandı - ADLAR

10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.

Olaylar xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

"16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31