Yanğına görə Xəzər TV-nin binası boşaldılır

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

Olaylar xəbər verir ki, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

Həmçinin, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. (olay)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31