“Vosmoy” bazarında yanğın - ANBAAN VİDEO

Bakının Nizami rayonunda yerləşən "Vosmoy" bazarında obyekt yanır.

Olaylar.az ölkə.az-a istinadən xəbər verir ki, ərazidəki dönərxanalardan birində başlayan yanğın qatı dumanla müşahidə olunur. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Vətəndaşlara ərazidən uzaqlaşmaq barədə göstəriş verilib.

Yanğının ətrafdakı obyektlərə keçib-keçmədiyi məlum deyil. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31